Bakı. Trend:
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr cüdoçulararasında dünya çempionatında Azərbaycan milli komandası daha biruğura imza atıb.
Trend xəbərverir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən Zeyd Ələsgərovbürünc medal qazanıb.
İdmançı əvvəlcə yunanıstanlı Aleksandros Polixronidis vəbraziliyalı Lukas Yamamotoya ipponla qalib gəlib. 1/4 finaldaYernur Batırğalıya (Qazaxıstan) məğlub olan cüdoçumuz təsəllivericigörüşdə macar Botond Kunyikini yuko ilə üstələyib.
Həlledici qarşılaşmada isə yapon Toai Haşimaya ipponla qalibgələn təmsilçimiz mundialı üçüncü pillədə başa vurub.
Qeyd edək ki, ötən gün 50 kiloqram çəki dərəcəsində tatamiyəçıxan Anar Quliyev də eyni nəticə ilə yadda qalıb.