AZ

İki ölkədən Ukrayna üçün böyük yardım: 26 milyard avro...

Almaniya Ukraynaya növbəti iki il ərzində hər il 9 milyard avro yardım ayırmağı öhdəsinə götürüb.

Sitat.info xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Lars Klinqbayl Kiyevdə məlumat verib.

Onun sözlərinə görə, Berlin 2025 və 2026-cı illər ərzində Ukraynaya ümumilikdə 18 milyard avro maliyyə yardımı ayıracaq. Bu öhdəlik rəsmi olaraq təsdiqlənəcək.

Eyni zamanda, bu gün Kiyevə səfər edən Norveçin baş naziri bəyan edib ki, ölkəsi bu il və gələn il Ukraynaya ümumilikdə 8 milyard dollardan çox maliyyə yardımı göstərəcək.

Seçilən
6
2
sitat.info

10Mənbələr