AZ

Norveç gələn il Ukraynaya 8,5 milyard dollar yardım ayırmaq istəyir

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Norveç 2026-cı ildə Ukraynaya 8,5 milyard dollar yardım ayıra bilər.

APA Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Gar Stere Kiyevdə Prezident Volodimir Zelenski ilə birgə mətbuat konfransında bəyan edib.

O, bildirib ki, Ukraynaya dəstək 2025-ci ildə davam edəcək və 2026-cı ilə də uzadılacaq.

“Bu yardım 8,45 milyard dollar məbləğində vəsait nəzərdə tutur. Mən bu məbləğin ayrılması üçün parlamentə təklif təqdim edəcəyəm,” – deyə Stere qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
50
apa.az

10Mənbələr