Norveç 2026-cı ildə Ukraynaya 8,5 milyard dollar yardım ayıra bilər.
Bu barədə Norveçin Baş naziri Yonas Gar Stere Kiyevdə Prezident Volodimir Zelenski ilə birgə mətbuat konfransında bəyan edib.
O, bildirib ki, Ukraynaya dəstək 2025-ci ildə davam edəcək və 2026-cı ilə də uzadılacaq.
“Bu yardım 8,45 milyard dollar məbləğində vəsait nəzərdə tutur. Mən bu məbləğin ayrılması üçün parlamentə təklif təqdim edəcəyəm,” – deyə Stere qeyd edib.
MənbəREPORT