AZ

Yanğına səbəb olan şəxsSAXLANILDI

Avqust ayının 24-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Redaktor.az-a bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Araz Nəcəfovun  törətdiyi məlum olub.

Hadisə nəticəsində 70 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

A.Nəcəfov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb. 

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.

Seçilən
67
35
redaktor.az

10Mənbələr