AZ

Xocavənddə yanğına səbəb olan şəxs tutuldu

Avqustun 24-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Modern.az-a bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Araz Əzizovun törətdiyi məlum olub. Hadisə nəticəsində 70 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

 

A.Əzizov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

 

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.

Seçilən
70
41
modern.az

10Mənbələr