AZ

Xocavənddə yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olundu

Avqust ayının 24-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Araz Nəcəfovun törətdiyi məlum olub. Hadisə nəticəsində 70 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb. Marqarita pizza

A.Nəcəfov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
95
41
yenisabah.az

10Mənbələr