Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları davam edir. Msport.az xəbər verir ki, “Kəpəz” Qəbələdə “Karvan Yevlax”la qarşılaşıb.
Azarkeşlər oyunda 5 qolun şahidi olublar. Yevlax təmsilçisi matçı 3:2 hesabı ilə öz xeyrinə başa vurub. Qonaqların heyətində Coy Sleyd Mikels dubl edib.
23 avqust (şənbə)
19:00. “Kəpəz” – “Karvan” – 2:3
Qollar: Coy Sleyd Mikels, 38 – pen (0:1); Tompson Qavi, 52 (0:2), Məqsəd İsayev, 77 (1:2), Coy Sleyd Mikels, 89 (1:3), Vitor Feijao, 90+6 – pen. (2:3)
Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
VAR: Kamal Umudlu
AVAR: Eyyub İbrahimov
Qəbələ şəhər stadionu
24 avqust (bazar)
17:00. “Şamaxı” – “Sabah”
19:30. “Turan Tovuz ” – “Araz-Naxçıvan”
25 avqust (bazar ertəsi)
19:00. “Qəbələ” – “Zirə”
22 avqust (cümə)
“Qarabağ” – “Sumqayıt” – 0:1
“İmişli” – “Neftçi” – 0:0