AZ

MPL: Karvan Yevlax Kəpəz i məğlub etdi

ain.az, Fanat saytına istinadən bildirir.

Misli Premyer Liqasında 2-ci tur davam edir.

Fanat.Az xəbər verir ki, dörd günə yekunlaşacaq tur çərçivəsində bu gün bir matç baş tutacaq.

Günün yeganə qarşılaşmasında "Kəpəz" ilə "Karvan-Yevlax" üz-üzə gəlir. Qəbələ şəhər stadionunda keçirilən və saat 19:00-da start götürən oyunu baş hakim Əli Əliyev idarə edir.

"Kəpəz" ilk turda "Sumqayıt"a böyük hesabla (0:3) məğlub olub, "Karvan-Yevlax" isə "Qəbələ" ilə bərabərə (1:1) qalıb.

Qeyd edək ki, tura dünən "İmişli" - "Neftçi" (0:0) və "Qarabağ" - "Sumqayıt" (0:1) oyunları ilə start verilib. “Şamaxı” – “Sabah” və “Turan Tovuz ” – “Araz-Naxçıvan” görüşləri bazar günü keçiriləcək. Tura bazar ertəsi “Qəbələ” – “Zirə” oyunu ilə yekun vurulacaq.

Misli Premyer Liqası

1-ci dövrə, 2-ci tur

23 avqust (şənbə)

“Kəpəz” – “Karvan-Yevlax” 2:3

Qollar: Coy Sleyd Mikels, 38 - pen. , Tompson Qavi, 51. Məqsəd İsayev, 77.Coy Sleyd Mikels, 89 ,  Vitor Feijao, 90+6 - pen.

Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə

VAR: Kamal Umudlu

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: İlham Əliyev

Qəbələ şəhər stadionu

"Kəpəz": 1. Kaçper Rosa, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 9. Luis Paçu, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 19. Otar Aptsiauri, 55. Kresus Donqo, 38. Cefferson Bentu, 6. Pedro Qomeş

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 27. Məqsəd İsayev, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 11. Vitor Feijao

Baş məşqçi: Adil Şükürov

"Karvan": 99. Pedro Mateuş, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 3. Said İranxan, 8. Peter Kinqs, 10. Samuel Durrant, 4. Olavale Doyeni

Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 15. Rəhman Şabanov, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 18. Süleyman Əhmədov, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 11. Kayl Spens, 21. İmani Barker

Baş məşqçi: Azər Həşimov

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
15
fanat.az

10Mənbələr