AZ

Premyer Liqa: “Kəpəz” “Karvan”a da uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 2-ci turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə oyununda “Kəpəz” “Karvan”la üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilmiş oyunu Əli Əliyev idarə edib. Gəncə təmsilçisi yeni mövsümə ilk, Yevlax klubu isə növbəti xal və ya xallarını qazanmağa çalışıb. Beş qolun qeydə alındığı görüşün sonunda sevinən tərəf yevlaxlılar olublar. Beləcə, Gəncə klubu ardıcıl ikinci məğlubiyyətinə üzülüb.

Premyer Liqa
2-ci tur
23 avqust

“Kəpəz” – “Karvan” 2:3
Qollar: Məqsəd İsayev, 77. Vitor Feyjao, 90+6-pen – Coy Slayd Mikels, 38-pen. Qavi Tompson, 52. Kayl Spens, 89.
Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
VAR: Kamal Umudlu.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu, 19:00.

Kəpəz: 1. Kaçper Rosa, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 9. Luis Paçu, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 19. Otar Aptsiauri, 55. Kresus Donqo, 38. Cefferson Bentu, 6. Pedro Qomeş.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 27. Məqsəd İsayev, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 11. Vitor Feyjao.
Baş məşqçi: Adil Şükürov.

Karvan: 99. Pedro Mateuş, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 3. Said İranxan, 8. Peter Kinqs, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 15. Rəhman Şabanov, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 18. Süleyman Əhmədov, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 11. Kayl Spens, 21. İmani Barker.
Baş məşqçi: Azər Həşimov.

Seçilən
4
2
arena.az

10Mənbələr