AZ

Deputat: Rusiyada azərbaycanlılara qarşı edilən təzyiqlər islamofobiya və milli ayrı seçkilikdir

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Rusiyada azərbaycanlılara qarşı artan təzyiqlər islamofobiya və milli ayrı-seçkilik kimi qiymətləndirilməlidir".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, sözügedən situasiyanın başqa adı yoxdur:

"Rusiyada şovinizm, islamofobiya və milli ayrı-seçkilik güclənməkdədir. Xüsusilə müsəlmanlara, müsəlman miqrantlara qarşı atılan addımları qeyd edə bilərik".

Deputat qeyd edib ki, Rusiyada yaşayan azərbaycanlıların sosial və hüquqi problemləri Azərbaycan dövləti tərəfindən diqqətlə izlənilir:

"Azərbaycan tərəfindən prosesin tənzimlənməsi üçün müəyyən addımlar atılır. Diaspor təşkilatları da bu məsələyə diqqətlə yanaşır və müşahidə aparırlar. Burada söhbət azərbaycanlılara qarşı məhdudiyyətlərin tətbiqi və onların həyatına maneələrin yaradılmasından gedir".

C.Məmmədov Rusiya Prezidenti Vladimir Putin və ABŞ-nin Prezidenti Donald Tramp arasında keçirilən görüşə də münasibət bildirib:

"Bu görüşü hansısa tərəfin qələbəsi və ya məğlubiyyəti kimi dəyərləndirmək hələ tezdir. Düşünürəm ki, bütün tənqidlərə baxmayaraq, belə bir görüşün keçirilməsinə ehtiyac var idi. Çünki məsələlər müzakirə olunmalı, təhlil edilməli və çıxış yolları tapılmalıdır".

Deputat əlavə edib ki, Tramp seçki kampaniyası dövründə Rusiya-Ukrayna müharibəsini dayandıracağına söz verib və indi bu istiqamətdə addımlar atır:

"Tramp Nobel sülh mükafatını almaq istəyir. Ona görə bütün potensialını ortaya qoyaraq müharibənin dayandırılması üçün çalışır. Bu, müəyyən mənada təqdir olunmalıdır. Hazırda müxtəlif müzakirələr gedir, fərqli yanaşmalar var.

Bu cür dialoqlar vacibdir. Qarşıdurmaların yalnız təhdid və embarqolarla həll olunması mümkün deyil".

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
50
oxu.az

10Mənbələr