AZ

KİV: ABŞ narkokartellərlə mübarizə üçün 4 min dəniz piyadası göndərir

ABŞ Prezidenti Donald Trampın narkokartellərlə mübarizədə ordudan istifadə etməyə hazır olduğunu deməsindən sonra ölkənin Müdafiə Nazirliyi güc nümayişi olaraq Latın Amerikası yaxınlığındakı dəniz bölgələrinə 4 mindən çox dənizçi və dəniz piyadası göndərir.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, ABŞ Cənub Komandanlığının məsuliyyət zonası olan Mərkəzi və Cənubi Amerika, eləcə də Karib hövzəsinin daxil olduğu ərazilərə “İvodzima” amfibiya-desant qrupu və dəniz piyadalarının 22-ci ekspedisiya bölməsi göndərilir. Bu qüvvələr birlikdə böhrana cavab qrupu kimi fəaliyyət göstərir.

Qoşunların konkret tapşırıqları açıqlanmasa da, “The New York Times” qəzeti daha əvvəl Trampın Pentaqona Latın Amerikasının narkotik kartellərinə qarşı hərbi əməliyyat variantları hazırlamağı əmr etdiyini yazmışdı. Bununla yanaşı, Meksika artıq ərazisində Amerika qüvvələrinin yerləşdirilməsi imkanını istisna edib.

Seçilən
7
12
report.az

10Mənbələr