ABŞ ordusu, Latın Amerikası və Karib hövzəsində “narkotik kartellərinə qarşı mübarizə” çərçivəsində əlavə 4 min əsgər yerləşdirəcəyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ ordusunun məlumatına görə, Prezident Donald Trampın kartellərə qarşı ordunun daha səmərəli istifadəsi ilə bağlı verdiyi göstərişdən sonra aparılan qiymətləndirmələr nəticəsində regiona 4 min dəniz piyadası və müxtəlif tapşırıqlar üçün dənizçilərin göndərilməsi qərara alınıb.
Bu çərçivədə “Iwo Jima” Amfibi Hazırlıq Qrupu və 22-ci Dəniz Piyada Bölməsinin ABŞ-nin Cənub Komandanlığına yerləşdiriləcəyi, həmçinin nüvə enerjisi ilə işləyən hücum sualtı qayığı və kəşfiyyat təyyarələrinin də bu əməliyyatların bir hissəsi olacağı bildirilib.