ABŞ Müdafiə Nazirliyi Latın Amerikası yaxınlığındakı bölgələrə 4 mindən çox dəniz piyadası göndərir.
APA xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadla məlumat yayıb.
Qeyd olunur ki, bu addım, Prezident Donald Trampın narkokartellərə qarşı hərbi qüvvələrdən istifadə etməyə hazır olduğunu bildirməsindən sonra güc nümayişi məqsədilə atılır.
Məlumata görə, ABŞ-ın Cənub Komandanlığının məsuliyyət sahəsinə daxil olan Mərkəzi və Cənubi Amerika bölgəsinə “İvodzima” amfibiya-desant qrupu və 22-ci ekspedisiya dəniz piyadaları dəstəsi göndərilir.
Hərbi bölmələrin konkret vəzifələri açıqlanmasa da, "The New York Times" qəzeti daha əvvəl yazmışdı ki, Tramp Pentaqona Latın Amerikası narkokartellərinə qarşı hərbi əməliyyat variantlarını hazırlamağı tapşırıb.