AZ

Mançester Siti dən Qalatasaray a sərt reaksiya

ain.az bildirir, Fanat portalına istinadən.

"Qalatasaray" heyətini gücləndirməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, klub Edersonun transferi üçün “Mançester Siti”yə 10 milyon avro dəyərində təklif göndərib.

Lakin Premyer Liqa təmsilçisi braziliyalı qapıçı üçün 25 milyon avro tələb edib.

Məlumatı məşhur insayder Fabritsio Romano yayıb.

Bu cavabla "şəhərlilər" Türkiyə nəhənginə işlərinin çətin olacağını bildirib.

Qeyd edək ki, Ederson 2017-ci ildən “Mançester Siti”nin heyətində çıxış edir və Pep Qvardiolanın komandası ilə Çempionlar Liqası, Premyer Liqa da daxil olmaqla çoxsaylı titullar qazanıb.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
37
fanat.az

10Mənbələr