AZ

İngiltərə nəhəngi “Qalatasaray”ın 10 milyonluq təklifini rədd etdi

ain.az, sport24.az saytına istinadən bildirir.

"Mançester Siti" "Qalatasaray"ın qapıçı Edersonla bağlı təklifini rədd edib. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport"un almaniyalı jurnalisti Florian Plettenberq sosial şəbəkə hesabında paylaşım edib.

Türkiyə klubu 32 yaşlı braziliyalı qolkiper üçün təxminən 10 milyon avro təklif etsə də, ingilislər Ederson görə daha böyük məbləğ almaq istəyir və bu səbəbdən iki klub arasına razılıq əldə olunmayıb.

Mənbə onu da bildirir ki, klublar arasında fikir ayrılığına baxmayaraq, Ederson və "Qalatasaray" futbolçunun şəxsi müqaviləsinin şərtlərini tam razılaşdırıb. Braziliyalı İstanbul klubunun formasını geyinməyə hazırdır və tibbi müayinədən keçməyə razılıq verib.

Qeyd edək ki, Ederson "Mançester Siti"nin şənbə günü keçirdiyi "Vulverhempton"la matçda iştirak ərizəsində yer almayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
50
sport24.az

10Mənbələr