AZ

Qvardiola Premyer Liqada "Mançester Siti"nin heyətindən niyə narazı olduğunu açıqlayıb

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının ilk turunda "Vulverhempton"a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra heyətin azaldılmasının vacibliyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

"Komandadan razıyam? Xeyr, oyunçularımız həddən artıq çoxdu. Bu gün heyətdə Rodri, Foden, Kovaçiç və Savio yox idi, Ake və Gündoğan isə ehtiyat oyunçular skamyasında qaldılar. Bütün yarışlar üçün dərinliyə sahib olmağı xoşlayıram, amma heç kimin heyətdən kənarda qalmasını istəmirəm - bu cür rəqabət şəraitində yaşamaq çətindir, amma son mövsümdən bəri klubda mübarizə ruhu var.

Klub bu barədəhələ ötən mövsümdən məlumatlıdır, lakin vəziyyət əvvəlki kimi qalır. Qarşıdakı həftələrdə biz heyəti ixtisar etmək üçün oyunçular və onların agentləri ilə danışıqlar aparacağıq, əks halda komanda ruhunu qorumaq çətin olacaq”, - Qvardiola bildirib.

Xatırladaq ki, ötən mövsüm Qvardiolanın komandası Premyer Liqanın turnir cədvəlində 3-cü yeri tutub.

Seçilən
24
50
report.az

10Mənbələr