AZ

Tramp: Bu gün böyük gündür

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçiriləcək görüş barədə fikirlərini bölüşüb.

APA xəbər verir ki, o bugünkü günü “böyük gün” adlandırıb və heç vaxt bu qədər Avropa liderinin eyni vaxtda Ağ Evə toplaşmadığını deyib.

“Bu Amerika üçün böyük şərəfdir. Nəticələrin nə olacağını görəcəyik”- Tramp qeyd edib.

Qeyd edək ki, bu gün Ağ Evdə ABŞ prezidenti, Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş keçiriləcək.

“Cebheinfo.az”

Seçilən
7
50
cebheinfo.az

10Mənbələr