AZ

Trampın Putinə rəğbəti bəllidir, Zelenski isə... Politoloq

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zelenski ilə Tramp arasında görüşə sayılı dəqiqələr qalıb (Bakı vaxtı ilə saat 21:15-də görüş başlayacaq).Tramp, Zelenskiyə Putinin tələblərini çatdıracaq. Bəs Putin nə istəyir? Rəqəmlərlə baxaq:

Donetsk vilayətinin ümumi ərazisi 26,5 min kv.km-dir. Hazırda onun 19,9 min kv.km-i Rusiyanın, 6,6 min kv.km-i isə Ukraynanın nəzarətindədir. Putin qalan 6,6 min kv.km-in döyüşsüz ələ keçirilməsini tələb edir. Əvəzində isə Ukraynaya hücum etməyəcəyinə "zəmanət verəcək" və hətta bunu Rusiyanın Konstitusiyasına daxil edəcəyini vəd edir (bu barədə Uitkof bildirib).

Axar.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.

O bildirib ki, indiyə qədər Rusiya rəsmi şəkildə imzalanmış 5 sənəddə Ukraynanın ərazi bütövlüyünü tanıyıb:

"1. Belovej sazişi (8 dekabr 1991)

2. Alma-Ata Bəyannaməsi (21 dekabr 1991)

3. Budapeşt Memorandumu (5 dekabr 1994)

4. Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında saziş (31 may 1997)

5. Rusiya–Ukrayna dövlət sərhədi haqqında saziş (28 yanvar 2003)

Başqa sözlə, Rusiya torpaqların əvəzində sadəcə "hava" təklif edir. Uitkofun dediyi kimi, "Rusiyanın Ukraynanı tam işğal etməkdən imtinası artıq güzəştdir".

Bu baxımdan, Zelenskini bu gün çox gərgin danışıqlar gözləyir. Ən azı ona görə ki, Trampın Putinə simpatiyası hər kəsin gözü qarşısındadır. Üstəlik, bu gün Avropa liderləri də Vaşinqtondadır, amma biz Trampın onları qarşıladığını, əl sıxdığını, əl çaldığını və ya maşınlarına qədər yola saldığını görmədik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
50
axar.az

10Mənbələr