AZ

Zelenski Vaşinqtonda Trampın xüsusi nümayəndəsi ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonda Trampın xüsusi nümayəndəsi Kit Kelloqla görüşüb.

Moderator.az-ın xəbərinə görə, bu barədə Ukraynanın UNIAN "Telegram" kanalı məlumat verib.

Xatırladaq ki, bu gün Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında danışıqlar keçiriləcək.

Əvvəlcə ikitərəfli formatda baş tutacaq görüşə sonradan Fransa və Finlandiya prezidentləri Emmanuel Makron və Aleksandr Stubb, Almaniya Kansleri Olaf Şolts, İtaliyanın Baş naziri Corcia Meloni, Böyük Britaniyanın Baş naziri Kir Starmer, eləcə də Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də qatılacaqlar.

Seçilən
41
13
moderator.az

10Mənbələr