ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçiriləcək görüş barədə fikirlərini bölüşüb.
APA xəbər verir ki, o bugünkü günü “böyük gün” adlandırıb və heç vaxt bu qədər Avropa liderinin eyni vaxtda Ağ Evə toplaşmadığını deyib.
“Bu Amerika üçün böyük şərəfdir. Nəticələrin nə olacağını görəcəyik”- Tramp qeyd edib.
Qeyd edək ki, bu gün Ağ Evdə ABŞ prezidenti, Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş keçiriləcək.
“Cebheinfo.az”