Bunu politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlamasında deyib.
O qeyd edib ki, bu tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşü keçirilib:
“Həmçinin həmin səfər zamanı mədəni tədbir konsert də təşkil olunub. Pakistanın bu səviyyədə fəallığı yalnız diplomatik jest deyil, həm də regional güc balansında əhəmiyyətli faktor rolunu oynayır. Pakistan nüvə silahına malik dövlətdir və güclü ordusu ilə tanınır. Onun Azərbaycanla hərbi əməkdaşlığı, xüsusilə də son dövrlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin Pakistandan müasir qırıcı təyyarələr alması bu əməkdaşlığın dərinliyini göstərir. Bu addım Azərbaycanın hava məkanının təhlükəsizliyini təmin etmək baxımından da strateji əhəmiyyət daşıyır. Yüksək rütbəli Pakistan hərbiçilərinin vaxtaşırı Azərbaycana səfərləri və Azərbaycan hərbçilərinin Pakistanda keçdiyi təlimlər bu əməkdaşlığın sistemli və dayanıqlı olduğunu sübut edir. Bu cür əlaqələr təkcə hərbi sahədə deyil, xalqlar arasında yaxınlaşmanı da sürətləndirir. Azərbaycan–Pakistan münasibətləri regionda sabitliyin, güvənin və qarşılıqlı hörmətin mühüm nümunəsi kimi çıxış edir. Bu dostluq digər ölkələr üçün də nümunəvi model təşkil edir”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
Ajans.azTramp-Zelenski görüşündə iştirak edəcək rəsmilərin adları AÇIQLANDI ( 20463516)
-
bizim.mediaAğ Ev böyük görüşə hazırlaşır, rəsmilər Oval kabinetə TOPLANIR - FOTO/VİDEO ( 20463246)
-
teleqraf.comTramp-Zelenski görüşündə kimlərin iştirak edəcəyi açıqlandı ( 20463045)
-
azerbaijan-news.azUkrayna Prezidenti: Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə zərbə qəsdən endirilib ( 20460180)
-
demokrat.azBu cür əlaqələr xalqlar arasında yaxınlaşmanı da sürətləndirir Politoloq ( 20460153)
-
demokrat.azBu cür əlaqələr xalqlar arasında yaxınlaşmanı da sürətləndirir — Politoloq ( 20460099)
-
reyting.azTramp, Zelenski və Putin bu həftə görüşə bilərlər ( 20459604)
-
icma.azZelenski, Tramp və Putin bu həftə görüşə bilər Sky News ( 20458728)
-
operativmm.azZelenski ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi ilə görüşüb ( 20458695)
-
yenicag.azBu həftə üçtərəfli görüş ola bilər ( 20458677)