Bunu politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlamasında deyib.
O qeyd edib ki, bu tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşü keçirilib:
“Həmçinin həmin səfər zamanı mədəni tədbir konsert də təşkil olunub. Pakistanın bu səviyyədə fəallığı yalnız diplomatik jest deyil, həm də regional güc balansında əhəmiyyətli faktor rolunu oynayır. Pakistan nüvə silahına malik dövlətdir və güclü ordusu ilə tanınır. Onun Azərbaycanla hərbi əməkdaşlığı, xüsusilə də son dövrlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin Pakistandan müasir qırıcı təyyarələr alması bu əməkdaşlığın dərinliyini göstərir. Bu addım Azərbaycanın hava məkanının təhlükəsizliyini təmin etmək baxımından da strateji əhəmiyyət daşıyır. Yüksək rütbəli Pakistan hərbiçilərinin vaxtaşırı Azərbaycana səfərləri və Azərbaycan hərbçilərinin Pakistanda keçdiyi təlimlər bu əməkdaşlığın sistemli və dayanıqlı olduğunu sübut edir. Bu cür əlaqələr təkcə hərbi sahədə deyil, xalqlar arasında yaxınlaşmanı da sürətləndirir. Azərbaycan–Pakistan münasibətləri regionda sabitliyin, güvənin və qarşılıqlı hörmətin mühüm nümunəsi kimi çıxış edir. Bu dostluq digər ölkələr üçün də nümunəvi model təşkil edir”.
Leyla Turan
Demokrat.az
10Источники
-
news24.azAğ Evdə Tramp və Zelenski arasında görüş başa çatdı - YENİLƏNİB ( 20464572)
-
az.trend.azAİ Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işləyəcək - Ursula fon der Lyayen ( 20467437)
-
icma.azAğ Evdə Ukraynanın 1992 2013 cü illərdəki xəritəsi nümayiş etdirildi FOTO ( 20467404)
-
globalinfo.azAğ Ev liderlərin görüşünə dair video yayımladı ( 20467059)
-
teleqraf.comTrampın Avropa liderləri ilə çoxtərəfli görüşü başladı ( 20466870)
-
bizim.mediaTramp, Zelenski və Avropa liderlərinin birgə görüşü BAŞLADI - VİDEO ( 20466888)
-
azpost.infoTramp və Zelenskinin Avropa liderləri ilə görüşü başlayıb ( 20466753)
-
referans.azABŞ nümayəndə heyətinin tərkibində bu şəxslər olacaq ( 20466222)
-
azpolitika.infoZelenski Ukraynada seçkilərin keçirilməsi üçün şərtləri açıqlayıb ( 20465886)
-
icma.azBMT baş katibi Trampın Zelenski və Avropa liderləri ilə görüşünü izləyir ( 20465661)