AZ

Şəhərin girişində qəza: Khazar la VAZ toqquşdu VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Şamaxı şəhərində yol-nəqliyyat hadisəsi baş verib. 

Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 17-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-FM-663 dövlət nömrə nişanlı “Khazar” markalı avtomobil, “VAZ-2106” markalı maşınla toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb manevr qaydasının pozulması olub. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
22
avtosfer.az

10Mənbələr