AZ

Əhmədlidə motosiklet maşınla toqquşdu, sürücüsü xəsarət aldı VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində  yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 13-də günorta saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-UX-479 dövlət nömrə nişanlı “Toyota” markalı maşın motosikletlə toqquşub. İddialara əsasən qəzaya səbəb manevr qaydasının pozulması olub. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, moto sürücü ayağından xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
22
avtosfer.az

10Mənbələr