Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 13-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 10-LH-708 dövlət nömrə nişanlı “Qaz-3302” markalı yük maşını qəzaya düşüb. İddialara əsasən, qəzaya səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Nəticədə o, avtomobili beton arakəsməyə çırpıb. Hadisə zamanı nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Eyni zamanda avtomobildə olan tərəvəzlər yola dağılıb, nəqliyyatın hərəkəti çətinləşib. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.