"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Apasport.az xəbər verir ki, klub Vilfred Sanqonu rənglərinə bağlamaq üzrədir.
Bu barədə "Africafoot" nəşri məlumat yayıb.
Bildirilib ki, "sarı-qırmızılılar" onun transferi üçün "Monako" ilə razılığa gəlib.
İstanbul təmsilçisi Sanqonu 5 milyon avro qarşılığında icarəyə götürəcək. Müqavilədə 30 milyon avro dəyərində satınalma bəndi də mövcuddur.
Müqavilə 5 illik nəzərdə tutulub.
Qeyd edək ki, müdafiəçi 2023-cü ildən "Monako"da çıxış edir.
Günün matçları bu kanallarda
Joze Mourinyo: “Bugünkü nəticə ədalətli oldu”
Almaniya Superkubokunun qalibi bəlli olub
Taylan Bulut rəsmən “Beşiktaş”da
İtaliya millisinin üzvü “Beşiktaş” yolunda