AZ

“Monako” “Bayer"in qapıçısı ilə müqavilə bağladı

Fransa Liqa 1 təmsilçisi “Monako”  “Bayer Leverkuzen"in qapıçısı Lukaş Qradetskini heyətinə qatıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı qapıçı ilə iki illik müqavilə imzalanıb.Finlandiya millisinin üzvünün transferi üçün 2 milyon avro ödənilib.

Qradetski “Bayer”də yeddi yarım il çıxış edib və Almaniya Bundesliqası çempionu titulunu qazanıb. Ötən mövsüm o, “Bayer”in qapısında 35 matça çıxıb və bunlardan səkkizində qapısında qol buraxmayıb.

Yeni Liqa 1 mövsümü 15 avqustda start götürəcək.

Seçilən
60
17
90deqiqe.az

10Mənbələr