AZ

Həmin suala cavab vermədi...

ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Vitkoff Alyaska görüşü barədə CNN telekanalına müsahibə verib.

Modern.az xəbər verir ki, o, kanalın Rusiya prezidenti Vladimir Putinin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşə razı olub-olmaması ilə bağlı sualını cavablandırmaqdan imtina edib.

Vitkoff üç prezidentin - Rusiya, Ukrayna və ABŞ-ın görüşünün baş tutacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp avqustda üçtərəfli görüş keçirmək istədiyi barədə xəbərlər dərc olunub. O, sabah Vaşinqtonda Zelenski ilə görüşəcək.

Avqustun 15-də Vladimir Putin və Donald Tramp Alyaskada görüşüblər. Görüşün ardınca cənab Tramp bildirib ki, Ukrayna ilə bağlı hələ də razılıq əldə olunmayıb, iki-üç məsələnin müzakirəyə ehtiyacı var. Bunun üçün o, Zelenski və Avropa ölkələrinin liderləri ilə danışacaq.

Seçilən
42
24
modern.az

10Mənbələr