AZ

Putindən Lavrovun SSRİ yazılmış köynəyinə REAKSİYA

Rusiya Prezidenti Vladimir Putin ABŞ tərəfi ilə Alyaskada keçirilən danışıqlara geyindiyi geyimə görə xarici işlər naziri Sergey Lavrovu zarafatla “imperialist” adlandırıb.

Bu barədə rusiyalı jurnalist Pavel Zarubin paylaşım edib.

Sammitin əvvəlində ABŞ-ın dövlət katibi Marko Rubio Lavrovun görünüşünə heyran qaldığını bildirib:

“Köynəyiniz xoşuma gəlir”, – deyə o bildirib.

Putin isə bu komplimenti zarafata çevirərək cavab verib: “Bu bir eyhamdır? Onu sizə hədiyyə edəcək!”

Bundan sonra Lavrov Rusiya Prezidentinə bildirib ki, söhbət onun üzərində “SSSR” (SSRİ) yazılmış ağ sviterindən gedir. Putinin reaksiyası belə olub: “İmperialist!”

Seçilən
38
34
demokrat.az

10Mənbələr