Rusiya Prezidenti Vladimir Putin Alyaskada ABŞ Prezidenti Donald Tramp ilə keçirilən sammitdən əvvəl xarici işlər naziri Sergey Lavrovunun üzərində “SSRİ” yazılı sviterlə gəlməsinə münasibət bildirib.
Redaktor.az Rusiya KİV-ə istinadla xəbər verir ki, görüşdən əvvəl, Rusiya və ABŞ liderlərinin yanında onların köməkçiləri və xarici işlər nazirləri də iştirak edərkən, ABŞ dövlət katibi Marko Rubio Lavrova müraciət edərək onun köynəyini bəyəndiyini bildirib.
Bunun sonra Putin ironik şəkildə reaksiya verib: “Bu bir işarədir? O (Lavrov) bunu sizə hədiyyə edəcək!”
Sonradan Lavrov Putinə izah edib ki, amerikalı həmkarının şərhi onun ABŞ-yə gəldikdə “SSRİ” yazılı sviterdə görünməsi ilə bağlıdır. Putin buna da ironik formada cavab verib.
“İmperialist”, – deyə o, zarafatla Lavrovu ABŞ dövlət katibinə təqdim edib.