AZ

“Kəpəz” 2 yeni transferi, 3 yeni müqaviləni açıqladı

Yeni mövsüm üçün heyətini komplektləşdirməyə davam edən “Kəpəz” Raul Məmmədovla Elcan Əbilovu heyətinə cəlb edib.

Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, müdafiəçi mövqeyində oynayan Raulun 21 yaşı var. O, geridə qalmış mövsümdə “Mingəçevir”in uğurları üçün çalışıb.

20 yaşlı Elcan isə yarımmüdafiəçidir. Əbilov da son olaraq “Neftçi”nin əvəzedicilərdən ibarət komandasında forma geyinib.

Hər iki oyunçu mövsümün sonuna kimi icarə əsasında “sarı-göylər”in formasını geyinəcək.

Bundan başqa, Gəncə təmsilçisi daha üç futbolçu ilə müqaviləni yenilədiyini açıqlayıb. Belə ki, Fərid Kələntərov və Arzu Atakişiyevlə 2, Elgün Bayramovla 1 illik yeni anlaşma imzalanıb.

“Kəpəz” daha öncə Şakir Seyidov, Pedro Qomes, Adama Fofana, Məqsəd İsayev, Otar Aptsiauri, Katsper Rosa, Fərid Nəbiyev, Olavale Onanuqa, Vitor Feyjao, Cefferson Masiel Bento və Donald Donqonu da heyətinə qatmışdı.

Mahamadu Ba, Paçu Lira, Ehtiram Şahverdiyev, Əli Səmədov, Məmməd Hüseynov və Ümid Səmədovla isə yeni müqavilə imzalanmışdı.

Trent Buhaqyar, Yeqor Xvalko, Rati Ardazişvili, Kərim Lkuça, Dioqo Verdaska, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov, Camal Cəfərov, Rauf Hüseynli, Nemət Musayev, Şervoni Mabatşoev və İlkin Qırtımov da Gəncə klubunu tərk ediblər.

Seçilən
3
11
arena.az

10Mənbələr