Yeni mövsüm üçün heyətini komplektləşdirməyə davam edən "Kəpəz" Raul Məmmədovla Elcan Əbilovu heyətinə cəlb edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi mövqeyində oynayan Raulun 21 yaşı var.
20 yaşlı Elcan isə yarımmüdafiəçidir. Hər iki oyunçu mövsümün sonuna kimi icarə əsasında "sarı-göylər"in formasını geyinəcək.
Bundan başqa, Gəncə təmsilçisi daha üç futbolçu ilə müqaviləni yeniləyib. Fərid Kələntərov və Arzu Atakişiyevlə 2, Elgün Bayramovla 1 illik anlaşma imzalanıb.
“Kəpəz”in kapitanı bəlli olub
Ozobiç “200”ə çatıb
“Neftçi”nin yarımmüdafiəçisi üçün yubiley
Millimiz Füzuli və Şuşa şəhərlərinə səfər edib - FOTO
“Sumqayıt” “Kəpəz”ə qarşı - YENİLƏNİR