AZ

Keçmiş klubuna qayıtmaq üçün bütün təklifləri geri çevirdi

“Əl-Nəsr”in mərkəz müdafiəçisi Emerik Laport “Atletik”ə qayıtmaq istəyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu futbolçu ilə yollarını ayırmağa hazırdır.

Laport yalnız karyerasının əvvəlində çıxış etdiyi “Atletik”ə keçməkdə maraqlıdır.

O, İspaniya klubuna qoşulmaq ümidi ilə bütün digər təklifləri rədd edib. Lakin danışıqlar yaxşı getmir. Hələ ki, klublar arasında razılıq yoxdur.

31 yaşlı müdafiəçi 2023-cü ilin yayında “Mançester Siti”dən “Əl-Nəsr”ə keçib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Seçilən
64
50
sportinfo.az

10Mənbələr