AZ

Bütün gözlər onlarda - “Qarabağ”ın yeni planı məlum oldu

Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” pley-off mərhələsində “Ferentsvaroş”la mübarizə aparacaq.

İlk oyun avqustun 19-da Macarıstanda baş tutacaq ki, “köhlən atlar”ın səfər planı məlumdur.

Azərbaycan çempionu səfərə matçdan iki yox, bir gün əvvəl yola düşəcək.

Avqustun 18-i səhər 11 radələrində paytaxtı tərk edəcək “Qarabağ”ın nümayəndə heyəti Bakı-Budapeşt çarter reysi ilə havaya qalxacaq və günorta saatlarında mənzil başına çatacaq.

Oyundan bir gün əvvəl Bakı vaxtı ilə saat 21:00-da baş məşqçi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. Bundan yarım saat sonra matçöncəsi son məşq baş tutacaq.

Çərşənbə axşamı “Ferentsvaroş” stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
11
50
sportinfo.az

10Mənbələr