AZ

“Barselona”dakı halından narazıdır - Mən ikinci dərəcəli ola bilmərəm

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo baş məşqçi Hans-Diter Flikə komandadakı ikinci dərəcəli roldan məmnun olmadığını deyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı rəqabətin yüksək olduğunu başa düşür, lakin o, komandanın əsas oyunçularından birinə çevrilməkdə qərarlıdır.

Kataloniya komandası İspaniya La Liqasının yeni mövsümünün ilk turunda səfərdə “Malyorka”ya 3:0 hesabı ilə qalib gəlib.

Olmo fasilədən sonra əvəzedici kimi meydana çıxıb və ikinci hissəni tam oynayıb. Komanda növbəti matçını avqustun 23-də, səfərdə “Levante”yə qarşı keçirəcək.

Seçilən
22
50
sportinfo.az

10Mənbələr