AZ

Gündə 60 qram badam yeməyin inanılmaz faydaları var


Gündə 60 qramdan çox badam qəbul edilməsi oksidativ stressi əhəmiyyətli dərəcədə azalda bilər və hüceyrələri, o cümlədən DNT-ni zədələnmədən qoruya bilər ki, bu da ürək-damar xəstəlikləri, şəkərli diabet, xərçəng və neyrodegenerativ pozğunluqlar kimi xroniki xəstəliklərin riskini azaldır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nüfuzlu “Nature” jurnalında dərc olunan məqalədə qeyd olunur.
“Aparılan tədqiqatlar göstərib ki, badam E vitamini, polifenollar və mono doymamış yağlarla zəngin antioksidant mənbəyidir. Bu maddələr hüceyrələri zədələyən qeyri-sabit molekullar – reaktiv oksigen növlərini (ROS) neytrallaşdırmağa kömək edir. Badamın müntəzəm istifadəsi orqanizmin antioksidant aktivliyini artırır, hüceyrə zədələnməsinin markerləri olan MDA və 8-OHdG səviyyəsini isə azaldır.
Lakin nəzərə almaq lazımdır ki, badamın faydası qəbul edilən miqdardan və hazırlanma üsulundan asılıdır. Məsələn, qovrulmuş badamda polifenolların miqdarı xam badamla müqayisədə təxminən 26% azalır ki, bu da onun antioksidant xüsusiyyətlərini zəiflədir.
Maksimal nəticə üçün gündə təqribən 60 qram (iki iri ovuc) badam yemək tövsiyə olunur.
Seçilən
18
9
yeniavaz.com

10Mənbələr