AZ

Mənzil tikintisinə 1,3 milyard manat yatırılıb

ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar- iyun aylarında respublikada əsas kapitala yönəldilən investisiyalardan yaşayış evlərinin tikintisinə 1,3 milyard manat (2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 51,9 faiz çox) sərf olunub.

Qeyd edək ki, cari ilin ilk yarısında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 73 milyon manat investisiya yönəldilib. Neft-qaz sektorunda investisiyaların həcmi 23,8 faiz azalsa da, qeyri-neft-qaz sektoruna yatırılan sərmayələrin həcmi 13,5 faiz artıb.

Ümumi investisiyanın 4 milyard 68 milyon manatı və ya 50,4 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 672 milyon manatı (33,1 faizi) xidmət sahələrinə, 1 milyard 334 milyon manatı (16,5 faizi) isə yaşayış evlərinin tikintisinə yönəldilib. Ümumi sərmayənin 49,1 faizi dövlət, 50,9 faizi qeyri-dövlət sektorunun investorları tərəfindən qoyulub.

Sərmayə qoyuluşunun 78,2 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilən investisiyanın dəyəri ümumi sərmayənin 75,2 faizi qədər olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
4
xalqqazeti.az

10Mənbələr