AZ

Azərbaycanın əsas kapitalına yönləndirilmiş investisiyalar 8 milyard manatı ötüb

Bakı. Trend:

Bu ilin I yarısında bütün maliyyə mənbələrindən əsas kapitala8.1 milyard manat investisiya yönləndirilib.

Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.

Dövr ərzində neft-qaz sektoruna 2.3 milyard manat,qeyri-neft-qaz sektoruna 5.8 milyard manat investisiya qoyuluşuolub. Qeyri-neft-qaz sektoruna qoyulmuş investisiyanın 1.2 milyardmanatı qeyri-neft-qaz sənayesi sektorunda istifadə edilib.

İnvestisiyaların 49.1%-i dövlət, 50.9%-i qeyri-dövlət sektorununsərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 78.2%-itikinti-quraşdırma işlərinə sərf edilib.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanındəyəri ümumi sərmayənin 75.2%-ni təşkil edib.
Ümumi sərmayənin 50,4%-i məhsul istehsalı sahələrinin, 33,1%-ixidmət sahələrinin, 16,5%-i isə yaşayış evlərinin tikintisininpayına düşüb. İnvestisiya qoyuluşunun tərkibində əsas payı sənaye(43.1%) və tikinti (22.5%) sahələri təşkil edib. Əsas kapitalayönəldilmiş investisiyaların maliyyə mənbələrində büdcəvəsaitlərinin payı ötən ilin eyni dövrünənisbətən 3.5% artıb.

Məqalədə:
Seçilən
47
2
az.trend.az

3Mənbələr