AZ

Xarici maliyyə mənbələrindən Azərbaycana yatırılan investisiyaların həcmi 33% artıb

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında xarici maliyyə mənbələrindən əsaskapitala 2,313 milyard manat məbləğində investisiya edilib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən33,1% artıb.

Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların1,665 milyard manatı neft-qaz sektoru, 648,2 milyon manatı isəqeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2024-cü ilin ilkyeddi ayındakı göstərici ilə müqayisədə xarici maliyyəmənbələrindən Azərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalınayönəldilmiş investisiyaların həcmi 14,3%, qeyri-neft-qaz sektoruüzrə isə 2,3 dəfə artıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında ölkəniniqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyəmənbələrindən əsas kapitala 9911,8 milyon manat və ya 2024-cü ilinmüvafiq dövrüilə müqayisədə 3,4 faiz çox investisiya yönəldilib.Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 18,4 faizazalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmiisə 15 faiz artıb.

Ümumi sərmayənin 5046,1 milyon manatı və ya 50,9 faizi məhsulistehsalı sahələrinin, 3335,2 milyon manatı (33,7 faizi) xidmətsahələrinin, 1530,5 milyon manatı (15,4 faizi) isə yaşayışevlərinin tikintisinin payına düşüb.

Seçilən
48
4
az.trend.az

10Mənbələr