ain.az, Oxu.az saytına istinadən bildirir.
Cənubi Karolina və Ohayo ştatları ABŞ Prezidenti Donald Trampın paytaxtda "asayişin təsis edilməsi" haqqında sərəncamına dəstək üçün Milli Qvardiyanı Vaşinqtona göndəriblər.
Oxu.Az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ştatların qubernatorları bildiriblər.
"Qvardiyaçılar Kolumbiya dairəsində Trampın qanun və asayişin bərpasına dair fərmanına uyğun olaraq, federal hüquq-mühafizə orqanlarının fəaliyyətini dəstəkləyəcəklər", - deyə yerli hakimiyyət orqanlarının bəyanatında bildirilir.
Cənubi Karolinanın Vaşinqtona 200, Ohayo ştatının isə 150 hərbçi göndərdiyi bildirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Tramp cinayətkarlığın tüğyan etməsinə görə, Vaşinqtonun dünyanın ən təhlükəli şəhərlərindən birinə çevrildiyini söyləyib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.