Sportal.az saytına istinadən ain.az xəbər verir.
"Sanderlend"in müdafiəçisi Dennis Çirkin Azərbaycan milli komandasında oynaya bilər.
Sportal.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
23 yaşlı sol cinah müdafiəçisi milli komanda seçimini Azərbaycandan yana edib.
Futbolçu ilə "Tottenhem"in maraqlandığı iddia olunur.
Qeyd edək ki, Dennis Çirkin İrlandiyanın Dublin şəhərində doğulub. O, "Tottenhem" akademiyasının yetirməsidir. Müdafiəçi 2021-ci ildən "Sanderlend"də çıxış edir. Çirkin İngiltərənin U-21 millisinə də dəvət alıb. Oyunçunun atası Türkiyənin Hatay şəhərindəndir.
saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.