AZ

Premyer Liqa klubunun futbolçusu Azərbaycan millisini seçdi

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İngiltərənin “Sanderlend” klubunun futbolçusu Dennis Çirkin Azərbaycan millisində oynamağa qərar verib.

Futbolpress.az xəbər verir ki, bu barədə “Football İnsider” portalı Türkiyə mətbuatına istinadən xəbər yayıb.

İrlandiyanın Dublin şəhərində doğulan Dennisin atası türkiyəlidir. Daha əvvəl İngiltərənin aşağı yaş qruplarında forma geyinən sol cinah oyunçusunun bundan sonra Azərbaycan yığmasında oynayacağı bildirilib.

Dennis ötən mövsüm “Sanderlend”lə İngiltərə Çempionşipində 39 oyunda3 qol vurub, 2 məhsuldar ötürmə edib. Onun komandası Premyer Liqaya yüksəlib və I turda “Vest Hem”ə qalib gəlib. Dennis zədə səbəbindən bu oyunu buraxıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
5
futbolpress.az

10Mənbələr