"Sanderlend"in 23 yaşlı futbolçusu Dennis Çirkinin Azərbaycan millisində çıxış etməyə razılıq verdiyi bildirilir.
İdman.biz xəbər verir ki, sol cinah müdafiəçisi İrlandiyada doğulsa da, 2018-2021-ci illərdə İngiltərənin yeniyetmələr və gənclər yığmalarının formasını geyinib.
2021-ci ildən "Sanderlend"də çıxış edən Çirkinin onu yetişdirən "Tottenhem"ə qayıdışı gündəmdədir. O, ötən mövsüm İngiltərənin "Championship" divizionunda 36 oyunda 3 qol vurub.
Qeyd edək ki, Çirkinin atasının əslən Türkiyənin Hatay bölgəsindən olduğu bildirilir.
İdman.biz