AZ

10 milyondan imtina etməyə hazırdır - Məşhur kluba keçmək üçün

“Ştutqart”ın hücumçusu Nik Voltemade hələ də “Bayern”ə keçməyə ümid edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu və onun agenti Münhen klubuna transfer naminə 10 milyon avrodan imtina etməyə hazırdır.

“Ştutqart”ın oyunçunu 70-75 milyon avroya satmağa hazır olduğu bildirilir. “Bayern” isə hazırda sabit məbləğ olaraq 50 milyon avro və bonus kimi 5 milyon avro təklif edir.

Bundan əlavə, Münhen klubu forvard gələcəkdə satılacağı təqdirdə, “Ştutqart”a məbləğin 10 faizini ödəməyə hazırdır.

Voltemade 2024-cü ilin yayından “Ştutqart”da çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Seçilən
35
50
sportinfo.az

10Mənbələr