Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evlərin birindən 6000 manat oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bu barədə zərərçəkən polisə məlumat verib.
Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 37 yaşlı Ş.Hüseynova müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.