AZ

Maştağada evdən 6 min manat oğurlandı

Maştağada evdən 6 min manat oğurlanıb.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evlərin birindən 6000 manat oğurlanması barədə zərərçəkən polisə məlumat verib.

    Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 37 yaşlı Ş.Hüseynova müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.

    Seçilən
    77
    16
    bakivaxti.az

    10Mənbələr