Maştağada evdən 6 min manat oğurlanıb
Maştağada evdən 6 min manat oğurlanıb. 1news.az DİN-ə istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evlərin birindən 6000 manat oğurlanması barədə zərərçəkən polisə məlumat verib. Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 37 yaşlı Ş.Hüseynova müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.