BAKI, TurkicWorld, Səməd Əyyubov
İsrailin Qəzzaya qarşı törətdiyi vəhşiliklərə ən sərt reaksiya verən ölkə Türkiyədir.
TurkicWorld xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada deyib.
"Qəzzaya ümid olmaq üçün bütün diplomatik səylərimizi səfərbər etmişik. İsrailin Qəzzadakı qardaşlarımıza qarşı törətdiyi vəhşiliklərə ən sərt reaksiya verən ölkə Türkiyədir. Xalqımız da Qəzza əhalisini heç vaxt tək qoymur. Qəzzaya humanitar yardımın çatdırılması üçün lazım olan bütün addımları atırıq" - deyə, Ərdoğan bildirib.
Qeyd edək ki, təxminən 2,4 milyon əhalisi olan Qəzza zolağında ərzaq, su və tibbi xidmətlərdə ciddi qıtlıq yaşanır. Mart ayının əvvəlindən sərhəd-keçid məntəqələrinin bağlanması humanitar yardımların girişini məhdudlaşdırıb.
BMT və beynəlxalq humanitar təşkilatlar Qəzzada aclıq riskinin kritik həddə çatdığını və bölgəyə təcili yardım göstərilməsinin vacibliyini dəfələrlə vurğulayıblar.