Şimali Makedoniyanın "Şkendiya" komandasının baş məşqçisi Jeton Beqiri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bakıda "Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, bu gün keçirilmiş mətbuat konfransında bunları söyləyib:


"Qarabağ" çox güclü komandadır. Sabah bütün imkanlarımızdan istifadə edib qələbə qazanmağa çalışacağıq. İtirəcək heç nəyimiz yoxdur. Bu səbəbdən irəli atılacağıq. İlk görüşdə müəyyən problemlər yaşadıq. Düzdür, fərqlənmək üçün imkanlarımız var idi. Təəssüf ki, meydandan məğlub ayrıldıq".


O, ilk qarşılaşmada Azərbaycan klubunun daha yaxşı çıxış etdiyini vurğulayıb:


"Qarabağ" xüsusi ilə ilk yarıda yaxşı çıxış etdi. Bəzi futbolçularımızın fiziki hazırlığı yerində deyildiş Lakin ikinci hissədə oyuna nəzarət bizim tərəfimizdə idi".


"Qarabağ" - "Şkendiya" qarşılaşması avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Səfərdə baş tutan ilk görüşdə Azərbaycan çempionu üstün olub – 1:0.